 |
AzKİK haqqında
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu Açıq
Cəmiyyət İnstitutu tərəfindən dəstəklənmişdir və Bakı Dövlət Universiteti,
Azərbaycan Tibb Universiteti və Xəzər Universiteti tərəfindən təsis olunmuşdur.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun Əsasnaməsi
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun əsas prinsipləri:
• İnformasiyanın əldə edilməsi təhsil və araşdırmalarda əsas amildir və cəmiyyətin inkişafına birbaşa təsir göstərir
• Birgə danışıqlar və alıcılıq gücünün birləşməsi keçid dövrü yaşayan ölkələrdə elektron informasiyasının rahat və davamlı əldə edilməsinə imkan yaradır
• Vətəndaşların hüquqları və demokratiyanın genişlənməsi informasiyanın bərabər əldə edilməsindən asılıdır
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun məqsədləri:
• Konsorsium üzvləri arasında bilik təminatı və mənbələrin bərabər paylanması
• Təklif olunan elektron resurslarının çeşidinin genişləndirilməsi
• Konsorsium üzvlərinin sayının artırılması
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun xidmətləri:
• Konsorsium üzvlərinin informasiya ehtiyaclarının müntəzəm olaraq dəyərləndirilməsi
• Elektron resurslarının model lisenziyaları ilə təminat
• Treyninqlar və seminarlar: onlayn axtarış sistemləri, verilənlər bazaları və sərbəst onlayn mənbələrindən istifadə və axtarış üsulları, elektron resurslarının qiymətləndirilməsi, elektron mənbələrinin inteqrasiyası və menecmenti, statistika və s.
• Bilik və informasiyanın paylaşdırılması: iclaslar, müzakirə qrupları, veb sayt və konsorsium üzvlərinin verilənlər bazası.
|