Xəbərlər
25 noyabr, 2004
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvləri Açıq Cəmiyyət
İnstitutu - Yardım Fondu Azərbaycan tərəfindən dəstəklənmiş Şərq Şərq
Proqramı çərçivəsində 2004-cü ilin noyabr ayında Litvada tədris proqramında
iştirak etmişdirlər. Tədris proqramının məqsədi Litva Kitabxana Konsorsiumunun
təcrübəsini öyrənməkdən ibarət olmuşdur. Bu proqram çərçivəsində bir sıra
məsələləri əhatə edən seminarlar təşkil olunmuşdur: “Kitabxana konsorsiumunun
yaradılması, danışıqların aparılması, lisenziyalar və müəllif hüquqları”,
“Elektron resurslarından istifadə üçün abunə haqqının toplanması və kitabxanalar
arasında onun bölünməsi”, “Elmi işçilər tərəfindən elektron resursların
istifadəsinin genişləndirilməsi”.
İştirakçılar 10-dan artıq elmi kitabxananın iş təcrübəsi ilə tanış olmuşlar:
Vilnus Universitet Kitabxanası, Litva Texniki Kitabxanası, Kaunas Texnologiya
Universiteti, Martunas Majvidas Milli Kitabxanası və s.
9
İyul, 2004
2004-cü ilin iyul ayının 8-də Gürcüstanın Tbilisi şəhərində Azərbaycan
Kitabxana və İnformasiya Konsorsiumu və Gürcüstanın Birləşmiş Kitabxana
və İnformasiya Konsorsiumu arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
5
İyun, 2004
ABŞ Dövlət Departamentinin Edmund F. Muski Proqramının Məzunlarının Konfransında
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun fəaliyyəti və xidmətləri
haqqında təqdimat keçirilmişdir.
27 May, 2004
Azərbaycanın 10 regional kitabxana nümayəndələri üçün konsorsiumun fəaliyyəti
və xidmətləri haqqında təqdimat keçirilmişdir. Bu tədbir Azərbaycanda
ABŞ səfirliyi tərəfindən Regional Kitabxana proqramı çərçivəsində təşkil
olunmuşdur.
6 mart, 2004
Müxtəlif akademik kitabxanaların nümayəndələri üçün EBSCOHost mənbələri
və axtarış üsulları mövzusunda təlim keçirilmişdir.
20 Fevral, 2004
Bakı Dövlət Universiteti nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu
yaradılıb. Konsorsium Açıq Cəmiyyət İnstitunun eİFL.net layihəsi çərçivəsində
aldığı qrant hesabına fəaliyyət göstərəcək. Konsorsiumun təsisçiləri Bakı
Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Xəzər Universitetidir.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun məqsədi cəmiyyətin inkişafına
bilavasitə təsir göstərən təhsil və elmi-tədqiqat sahəsində labüd olan
elektron informasiyasının çatdırılması, təlimlərin keçirilməsi və yerli
elektron mənbələrinin güçləndirilməsinə dəstək verməkdən ibarətdir. Azərbaycan
Kitabxana İnformasiya Konsorsiumu analoji beynəlxalq eİFL.net konsorsiumun
üzvüdür, hansıki dünyanın 48 ölkəsində fəaliyyət göstərir.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun üzvlərinə eİFL.net layihələrinə
qoşularaq aşağıda göstərilən mənbələrdən istifadə etmək imkanı yaradır:
EBSCO nəşriyyatının elmin müxtəlif sahələrinə aid olan 6,000-dən artıq,
2, 300-dən çox Amerika Fizika Cəmiyyətinin, Bləkvel Nəşriyyatının, Kembric
Universiti Presin, HayVayr Pressin, Fizika İnstitutunun Nəşriyyatı, Prokvest
və s. onlayn elmi jurnalları.
14 fevral, 2004
Azərbaycan
Kitabxana İnformasiya Konsorsiumunun fəaliyyəti və xidmətlərinin təqdimatı
məqsədi ilə Akademik kitabxana nümayəndələri ilə görüş keçirilmişdir.
Bu goruşdə 25-dən artiq müxtəlif akademik təşkilatların nümayəndələri
iştirak etmişdir.
|